“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb

2019-08-15 Baxış: 680
img

Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb .
MAYAKİNFO xəbər verir ki, mükafatlandırılanlar arasında “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və "Səhra mətbəxi" müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə  təltif olunublar.