Neftçalalı sahibkar qadın şagirdlər üçün ekskursiya təşkil edib.

2019-08-16 Baxış: 1414
img

Bir ay öncə Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xıllı nərə balıqartırma” zavoduna təşkil olunan ekskursiyada rayonun sahibkar qadınlarından biri olan Sevinc xanım Ağayevanın əlaçı şagirdlərə verdiyi söz öz təsdiqini tapıb.

MAYAKİNFO xəbər verir ki, ekskursiya zamanı seçilən 10 şagird avqustun 13-də Bakı şəhərində yerləşən “Qız Qalası”, “Şirvanşahlar Sarayı”, “Şəhidlər Xiyabanı” və “İçəri Şəhər” Tarix-Memarlıq Qoruğuna tur təşkil olunub.

Şagirdlər tariximizin səhifələrini bir-bir vərəqləyib əsrlər öncəsinin Azərbaycanını gözlərində canlandırıblar. Sanki toxunduqları hər daş, qalxdıqları hər pillə onlara keçmişlə bağlı nağıl deyib və bir də Şəhidlər Xiyabanı – qanları ilə tarix yazan, gələcəyimizi quran insanların uyuduğu məkanın ziyarəti şagirdlərimizə qürur dolu anlar yaşadıb.

Məhz bayram tətili ərəfəsində keçmişin və gələcəyin mükəmməl ahəngini özündə birləşdirən Bakımızda gəzinti şagirdlərimiz üçün faydalı istirahət və gözəl xatirə, Sevinc xanım üçün isə nümunəvi vətəndaş davranışı olub.