Neftçalada 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

2019-08-19 Baxış: 1383
img

19.08.2019.   20:00

Bu gün axşam saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində bədbəxt hadisə baş verib. 


MAYAKİNFO xəbər verir ki,  Neftçala rayon Qaraqaşlı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Rüstəm Yaqub oğlu saat 19:00 radələrində qohumunun həyətində işıq dirəyində iş görərkən ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.