Dövlətinə və xalqına sadiq polis rəisi: Vüsal Şəbəndəyev

2019-08-21 Baxış: 3724
img

Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyevin fəaliyyətində ən ali məqam Ali baş komandana və nazirə sədaqət , xalqa hörmət və ehtiramdır.

    Dövlətçiliyin möhkəmləndirilməsi , ölkə əhalisinin təhlükəsizliyinin və ictimai asayişin təmin olunması , vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütərəqqi addımlar atılır , qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Bu gün qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai- sityasi vəziyyət sabitdir. Asayişimiz çox gözəl qorunur. Təbiidir ki, asayişin qorunmasında Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rolu peşəkar polis işçisi kimi hamımız tərəfindən təqdir edilir və alqışlanır.

    Yaşadığımız Neftçala rayonunda asayişin təmin edilməsində , cinayətkarlıqla mübarizədə  polis son illər əzmlə çalışır. Sözsüz ki , bu uğurların təmin olunmasında peşəkar polis işçisi , fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Vüsal müəllim Şəbəndəyevin əməyi misilsizdir. Rayonumuza polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar hüquqşünas Vüsal müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı . Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq  hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Vüsal müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz  çalışması hesabına baş vermişdir

    Vüsal müəllim əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı , həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları dinləyən Vüsal müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonumuzda qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə Vüsal müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Narkomaniyanın fəsadları , erkən nigahların mənfi tendensiyaları , dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.

    Vüsal müəllim vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə ,müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan polis polkovniki Vüsal Şəbəndəyev ölkə rəhbərliyinin və daxili işlər nazirinin etimadını hərtərəfli doğruldur.

    Ölkə rəhbərliyinin atdığı hər bir addımı görməməzdən gələn bəzi üzdəniraq müxalifət funksionerləri ali baş komandan cənab İlham Əliyevin siyasətini dəstəkləyərək cinayətkarlıqla mübarizədə amansız olan polis rəisinin ünvanına iftiralar atmaqla məşğuldurlar. Belə ki , konkret olaraq cinayət əməli törədərək həbs olunmuş  gənc  ölkə prezidentinin humanist qərarı ilə azad olunub sonradan vəfat edibsə bunun səbəbkarı kimi kimlərisə günahlandırmaq müxalifət liderlərinin köhnə peşəsidi. Bu peşənin vurğunu olan xaricdən maliyyələşən bu adamcığazlar etik prinsiplərdən kənara çıxaraq günlərini sosial şəbəkədə söyüş söyməklə keçirirlər. Konkret cinayət əməli törətmiş şəxsi “siyası məhbus“  ,  “şəhid” adlandırmaq ən əzı Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin ruhuna həqarət sayılmalıdır və cəmiyyətin böyük əksəriyyəti tərəfindən sayılır da. Azərbaycan xalqı söyüş müxalifəti olan bu kslrlə bağlı artıq qərarını vermiş və şəxslər 1993-cü ildən ölkəmizin siyasi səhnəsindən birdəfəlik silinmişlər. Onların xalqımıza qarşı etdiyi xəyanətlər və onların fəsadları hamımıza bəllidir:  İşğal olunan torpaqlar və məhv olmuş iqtisadiyyatımız.

Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə Sürətli inkişaf yolunu tutan ölkəmizin sükanı etibarlı əllərdədir.  Asayişin qorunması ən yüksək səviyyəsdədir. Təhlükəsiz şəraitdə yaşamamız üçün ilk növbədə -asayiş keşikçiləri olan polisin rolun danılmazdır. Asayişin təmin olunmasında , vətəndaşların hüquq və azadlıqlarının qorunmasında misilsiz xidmətlərinə görə Nazirimiz Vilayət müəllimə və onun sadiq , inanılmış , peşəkar kadrı olan Vusal müəllimə uğurlar arzulayırıq.

                                          Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun ailə üzvləri