7 yaşlı Neftçalalı uşağı Salyanda avtomobil vurub.

2019-08-21 Baxış: 699
img

21.08.2019     22:15

Bu gün axşam saatlarında Salyan rayonunda vaildeynləri ilə birgə toya gedən uşağı maşın vurub.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayonunun Şorkənd sakini, 2012-ci il təvəllüdlü Novruzlu Fatimə Cavid qızını Salyan şəhərinin mərkəzində yerləşən “Muğan” şadlıq sarayının qarşısında valideynlərinin əlindən çıxaraq yola qaçması nəticəsində minik maşını vurub. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan uşağa ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.