Salyanda baş verən qəzada Neftçala sakini xəsarət alıb.

2019-08-21 Baxış: 933
img

21.08.2019.  23:15

Bu gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 60-cı km-də “OKA”markalı əlil maşını və “Priora” markalı minik maşını toqquşub.

MAYAKİNFO - nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan “OKA”nın sürücüsü, 28 yaşlı hərbi əlil, Neftçala rayonunun Qaçaqkənd kənd sakini Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və müayinə edildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.