Meşəyə moruq yığmağa gedən Quba sakininin üzərinə ağac düşərək ölüb

2019-08-26 Baxış: 512
img

Qubada bədbəxt hadisə baş verib. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Suxtəkələ kəndində qeydə alınıb.  Kənd sakini, 1962-ci il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlu ötən gün moruq yığmaq üçün meşəyə gedib və geri qayıtmayıb. Yaxınları bu barədə aidiyyəti qurumlara məlumat veriblər. 

Aparılan axtarışlar nəticəsində S.Nəsirovun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılıb.

Onun üzərinə ağac düşərək öldüyü bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.