Bakıda ofisdən oğurluq edən Salyan sakini saxlanılıb
2019-08-27
Baxış: 925
Bakıda ofislərin birindən oğurluq olub.
Bu barədə MAYAKİNFO-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
2021-11-04
2023-04-18