Keçmiş məhkumdan “AKS-47” markalı avtomat silah və 20 patron götürülüb

2019-08-27 Baxış: 1507
img

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan paytaxt sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 patron götürülüb.