Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib - VİDEO

2019-08-27 Baxış: 652
img

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.
MAYAKİNFO-nun məlumatına görə, toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.