Xaçmaz RPŞ-nin rəis müavini, DYP və Cinayət Axtarış Bölməsinin rəisləri işdən çıxarılıb.

2019-09-09 Baxış: 794
img

09.09.2019  10:30

Xaçmaz rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, şöbənin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bundan başqa, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov sərəncama göndərilib. Xızı RPŞ-nin rəisi Həmid Həsənov isə Xaçmaz RPŞ-nin rəisi təyin olunub.