Neftçalada ildırım vuran şəxs xəstəxanada dünyasını dəyişdi.

2019-09-10 Baxış: 1842
img

10.09.2019.   21:10

Bu gün günorta saatlarında Neftçala rayonunun Tatarməhlə kəndində ildırımın vurması nəticəsində Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən  Şamaxı rayon sakini Gərayev Vaqif Azər oğlu həkimlərin səyinə baxmayaraq saat 21:00 radələrində Reanimasiya şöbəsində dünyasını dəyişib. 

*******************************************************

10.09.2019.   16:25

Bu gün saat 15:30 radələrində Neftçala rayonunun Tatarməhlə kəndində 28 yaşlı kişini ildırım vurub.


MAYAKİNFO xəbər verir ki, 1991-ci il təvəllüdlü Şamaxı rayon sakini Abdullayev Vaqif Azər oğlunu Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində qoyun otararkən ildırım vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralı Neftçala Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.