Salyanlı yeniyetmə Binəqədidə saxlanıldı.

2019-09-20 Baxış: 718
img

20.09.2019.  13:50

Sentyabrın 18-də Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

MAYAKİNFO xəbər verir ki, ətrafında aparılmış tədbirlərlə onun daha 3 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.