Şiddətli külək Neftçalada Mədəniyyət Mərkəzinin damını uçurub. Video

2019-09-22 Baxış: 1391
img

Sentyabrın 21-də respublikada əsən güclü külək Neftçalada fəsadlar törədib.

MAYAKİNFO xəbər verir ki, hadisələrdən biri Neftçala rayonun H.Əliyev prospektində yerləşən X.Məmmədov adına Mədəniyyət Mərkəzində baş verib. Belə ki, şiddətli küləyin təsirindən Mədəniyyət Mərkəzinin damı uçub və nəticədə binanın damı ilə yanaşı həmin binada yerləşən Neftçala rayon Dövlət Rəsm Qaleriyasına ciddi ziyan dəyib.