Gömrük Komitəsinin sədr müavini Neftçalada vətəndaşları qəbul edəcək

2019-09-24 Baxış: 898
img

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 27-də saat 10:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən MAYAKİNFO-a bildirilib ki, həmin gün saat 10:00-da komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti 242), sədrin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 34) Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.