"Azərbaycan Dəmir Yolları" Keşlə stansiyasında baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb

2019-10-02 Baxış: 617
img

Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC APA-ya verilən məlumata görə, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.

Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.