Mingəçevirdə polis mayoru bıçaqlandı.

2019-10-03 Baxış: 589
img

Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədova bıçaqla yüngül xəsarət yetirmiş X.Sadıqov və onunla birgə olan N.İsmayılov saxlanılmışlar.

MAYAKİNFO xəbər verir ki, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşmış və onları intizama dəvət etmişdir.

Onlardan biri tabeçilik göstərməmiş, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk etmişlər.

R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılmışlar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.