TÜRK PA-nın nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib

2019-10-03 Baxış: 592
img

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət edən heyət daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib və məzarlarının önünə gül dəstələri qoyublar. 

Nümayəndə heyəti daha sonra Türk şəhidliyini ziyarət edib.