Bakı-Quba yolunda ağır yol qəzası baş verib, 3 nəfər ölüb

2019-10-10 Baxış: 538
img

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.