Ağdaşda avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğulub

2019-10-21 Baxış: 579
img

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə velosipedçi, Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov su kanalına düşüb. Nəticədə o boğularaq ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.