Neftçalada qəbirin üstü qazılıb - VİDEO

2019-10-21 Baxış: 1649
img

Neftçalada qəbirin üstü qazılıb. Rayon sakini qəbiristanlığa gələndə atasının qəbrinin üstünün bir hissəsinin torpağının qazıldığının şahidi olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Nefçalanın Qaralı kəndində baş verib.

Kənd sakini Sadıq Əliyevin bildirdiyinə görə, məzarlığa gələndə atasının qəbirinin ayaq hissəsinin qazıldığını görüb. Onun atası kənd məzarlığında, qardaşının yanında dəfn edilib. Atasının ölümündən 40 gün keçməmiş bu hadisə baş verib.

Əliyevlər ailəsi iddia edir ki, məzar qazılmamışdan bir neçə gün əvvəl evləri daşa basılıb.

Sadıq Əliyev deyir ki, qəbirin torpağını düzəldəndən sonra bu hadisə təkrarlanmayıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar Neftçala rayon polis şöbəsinə ərizə ilə müraciət edilib. Məsələ ilə bağlı polis şöbəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, Əliyev Sadıqın şikayəti araşdırılıb. Araşdırma zamanı məzarın kənarının vəhşi heyvanlar tərəfindən qazıldığı təsdiq olunub. Qərar vətəndaşın özünə də bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir