22 yaşlı Neftçala sakini Bakıda baş verən motosiklet qəzasında dünyasını dəyişib.Foto

2019-10-21 Baxış: 2339
img

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində qeydə alınıb.

Ramin Təhmirazov idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü və sərnişini 1997-ci təvəllüdlü Neftçala şəhər sakini Əsgərov Xəyal Səbuhi oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

T. Raminə hər iki ayağının əziyi, Ə. Xəyala isə ağır kəllə-beyin travması diaqnozu qoyulsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.