Neftçala rayonunda “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı görüşlər keçirilib.
2023-06-14
Baxış: 342
Neftçala rayonunda “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda Neftçala şəhər M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyada, Xol Qarabucaq və Aşağı Qaramanlı kəndlərində maarifləndirici görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Rayon Ağsaqqallar şurasının sədri Əbülfəz Ağayev, İctimai şuranın sədri, şəhid atası Təhmasib Mahmudov, “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftəliyeva, şəhid ailələri, rayon ağsaqqalları, qazilər və gənclər iştirak edib.
İlk öncə xalqımızın Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan normal, stabil bir epoxaya, dövrə qədəm qoydu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olması, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin və uzaq hədəflərə hesablanan siyasi xətdin bu gün Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdiyini qeyd ediblər və “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna, titanik dövlətçilik fəaliyyətinə həsr edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən bu görüşlərin reallaşdırılmasının, gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə misilsiz töhfələr verəcəyinə öz əminlik hisslərini bildiriblər.
Görüş sonda mövzu ətrafında iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdirilib.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18