İki məsələ paralel inkişaf etməlidir-Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması

2022-12-05 Baxış: 216
img

1993-cü il aprelin 3-də Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə etiraz olaraq Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. Ancaq sonrakı illərdə qonşuluq və hər iki ölkənin iqtisadi və siyasi ehtiyacı sərhədlərin açılmasını aktuallaşdırıb və mövzu davamlı olaraq gündəmə çevrilib. Müstəqillikdən bu yana Ermənistanın 4 hakimiyyəti dövründə Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası zaman-zaman müzakirə olunsa da, ölkələr arasında fikir ayrılıqları, xüsusilə davam edən Qarabağ konflikti iki ölkənin yaxınlaşmasına əngəl törədib. Sərhədlərin açılması üçün Türkiyənin Qarabağ məsələsinin həlli (yəni Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxması) şərtini irəli sürməsinə, Ermənistanın isə sərhədlərin açılmasını Qarabağ məsələsindən ayrı tutmasına görə anlaşma mümkün olmayıb.

2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərin böyük hissəsini geri qaytarması ilə Türkiyə-Ermənistan münasibətlərinin bərpası yolunda əsas maneələrdən biri aradan qalxıb və ölkələr arasında münasibətlərin düzəlməsi üçün yeni fürsət yaranıb. Müharibədən sonra hər iki ölkə sərhədlərin açılması və münasibətlərin bərpası ilə bağlı rəsmi səviyyədə istəklərini ifadə etsələr də, qeyri-müəyyənlik hələ də davam edir. 

Əvvəla, regionda sülh mentaliteti. Erməni cəmiyyəti on illər ərzində zəhərlənmişdir. Cəmiyyəti diaspor və erməni millətçilərinin təbliğatı zəhərləmişdir. Onların azərbaycanlılara qarşı törətdiyi dəhşətli hərəkətlərin, bizim şəhərlərimizi nəyə görə məhv etdiklərinin səbəblərindən biri də bu idi. Məsələn, Ağdam, Şuşa, Füzuli və başqa şəhərləri nəzərdə tuturam. Onların beyni diaspor tərəfindən yuyulmuşdur. Çünki biz onlara heç bir ziyan vurmamışdıq. Etmək istəsəydik də, vaxtımız yox idi. Ağdam 1990-cı illərin əvvəlində işğal olunmuşdur. Nəyə görə bu qədər nifrət var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri dağıdırlar? Cavab onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya onların ideologiyasıdır. Həmçinin onlar öz tarixləri, öz tarixi şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər. Düşünürəm ki, bu ideologiya onları fəlakətə apardı. Çünki bir vaxtlar onlar həqiqətən də cəsur əsgər olduqlarını, ən böyük millət olduqlarını, sivilizasiyaların beşiyi olduqlarını və dünyanın mərkəzi olduqlarını düşünürdülər. Bu uydurma reallıq onlara baha başa gəldi. Müharibənin nəticəsi onlar üçün sanki bir soyuq duş idi. Onlar bunun baş verməsini, bu məğlubiyyətlə bu qədər alçalacaqlarını gözləmirdilər. Onlar özləri etiraf edirdilər ki, müharibə vaxtı hərbi xidmətdən yayınmış 10 mindən çox fərari var idi. İndi baş verənlər isə ümid edirəm, onlar üçün məlhəm ola bilər. Çünki onlara müalicə lazımdır. Onların cəmiyyətinə psixoloji yardım lazımdır.

İndi biz ritorika dəyişikliyini görürük. İndi onlar Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəklədiyimizi deyirik. Biz buna etiraz etmirik, əksinə, biz istəyirik ki, bu iki məsələ paralel getsin - Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması. İndi onlar sülh və sair haqqında danışırlar. Mən bunun nə dərəcədə səmimi olduğunu, onların tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara daha bir soyuq duşun lazım olub-olmadığını bilmirəm. Lakin onlar öz təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər. Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar tamamilə çaş-baş qalacaqlar. Onlar başa düşdülər, xüsusilə, dünən cənab Paşinyanın öz həmkarlarına qarşı çox qeyri-diplomatik və deyərdim ki, özünə qarşı zərərli olan demarş etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin sammitindən sonra. O başa düşür ki, biz istəsək bir çox şeylər edə bilərik və heç kəs bunun qarşısını ala bilməz. Məsələ burasındadır ki, biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə etmək istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey deyil. Biz onların ərazisini istəmirik. Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz - nə onun Qərbi Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən qonşusu. Bunu Cənab İlham Əliyev ADA-da keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda  ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuzun sülh hərəkatının alimi olaraq regionda sülh təfəkkürünün yaradılması üçün cəmiyyət səviyyəsində olan əsas problemi nədə görürsünüz?sualına cavab verərkən söyləyib.

Fərqanə Ağalarova,

YAP Neftçala rayon təşkilatı,

Cəngən kənd Ərazi partiya təşkilatının sədr müavini