Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmləndirir

Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı,
həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. May ayının
20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı
Dövlət Başçılarının “Şərq və Qərbin görüş nöqtəsi” adlanan qeyri-rəsmi Zirvə
toplantısı keçirilib. Qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə
əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll
etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi
strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul
edilib.
Beynəlxalq
aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, bu qəbildən olan tədbirlərin
keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. Yeddi il TDT-də
müşahidəçi dövlət kimi çıxış edən Macarıstan Türk dünyası ilə Avropa arasında
körpü, ənənəvi sərhədləri aşan dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır.
Macarıstanın
baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfərə gələn Prezident İlham
Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi
iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji
tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq
doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Baş
nazir Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib. “Macarıstan müstəqil
siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, – deyən dövlətimizin
başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik
edib.
Toplantıda
bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ
dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq
fəaliyyətə başlaması nəzərdə tutulur.
Ölkəmizin
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində
Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə,
dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr
qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrilib.
2024-cü
ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn
daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq
formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi
olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti
hesabına 5 milyon tona çatdırılıb.
Türk
Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı
zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına
böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının
və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın
yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox
ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri
göstərir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Hazırda
Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan
Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın vaxtlarda Ələt
Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25
milyon tona çatacaq.
Azərbaycanda
8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın
zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın
erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə
imkanı olan karqo terminalı inşa edilir.
Ölkə
başçısı cənab İlham Əliyev ötən il Azərbaycanda COP29 kimi mötəbər konfransın
keçirilməsinnə toxunub. Qeyd edilib ki, bu mötəbər tədbir 200 ölkənin yekdil qərarı
ilə Azərbaycanda keçirilib. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq,
COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən
77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Nəticə etibarı ilə
Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq
oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Əsas
nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300
milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə
razılaşma oldu. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün
olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və
Zərər Fondu işlək vəziyyətə gətirildi.
COP29
zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi
imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz
marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Bununla da,
COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.
Beləliklə,
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi
Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin
daha da genişlənməsinə yardımçı olacaqdır.
Səyavuş
Məmmədov
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



