Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib.

Eyni
soy-kökə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına
uyğun olaraq sürətlə inkişaf etdirilir.
Ölkə
başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan
bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir
çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın
enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, 10 Avropa
dövləti Azərbaycandan təbii qaz alır və digər dövlətlərlə əməkdaşlıq əlaqələri
genişlənməkdədir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə
tamamilə yeni reallıqlar yaradıb və bölgənin aparıcı aktoruna çevrilib. Azərbaycanın
bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər
region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı
digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli
faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli
əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində əsas
istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir.
Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük
dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın
qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir.
Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli
platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar
çərçivəsində intensiv şəkildə inkişaf edir. İki ölkə arasında əlaqələr 1995-ci
il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə,
1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq
hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə
imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir.
İki
qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən
əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda
sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında
azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı
Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal
iştirak edir.
Azərbaycan
Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana
minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına
göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci
ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən
Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun
ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat
Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin
adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Bu
gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni
dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında
bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi
və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm
hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən
və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf
edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarixi Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



