Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın lider dövlət statusunu bir daha təsdiqlədi.

Azərbaycan
Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı
çıxışı növbəti dəfə həm iştirakçıların, həm də beynəlxalq medianın diqqətini çəkdi.
Çünki çıxışlarında beynəlxalq aləmi narahat edən qlobal təhdidlərdən, Cənubi
Qafqazda yaranan hərbi –siyai sabitlikdən danışdı. Xüsusilə Ali Baş
Komandanımızın Nyu-Yorkda keçirdiyi görüşlər səmərəliliyi və işgüzarlığı
ilə fərqləndi. Bu görüşlər Azərbaycanın artan geosiyasi əhəmiyyətini
və Prezident İlham Əliyevin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul
olunmasını bir daha nümayiş etdirdi. Hətta qlobal maliyyə institutlarının rəhbərlərinin
görüş tələbi ölkəmizə olan güclü investisiya marağının, Azərbaycanın sabit
iqtisadi mühitinin və strateji mövqeyinin göstəricisidir. Eyni zamanda səfər
zamanı Azərbaycanın artan nüfuzu və ölkəmizin qlobal siyasi-iqtisadi sistemdə
strateji aktora çevrildiyi adın şəkildə görünürdü. Bəli, bu gün Azərbaycan
etibarlı tərəfdaş, risklərin minimum olduğu, gələcəyin təhlükəsiz və dayanıqlı
ölkəsi kimi dəyərləndirilir. Bütün bunlar Azərbaycan dövlətinə göstərilən
etimadın və hörmətin real təsdiqidir.
Ümumilikdə,
Prezident İlham Əliyevin Nyu-York gündəliyi çox zəngin oldu. Xüsusilə ölkə rəhbərlərinin
onunla görüşə can atmaları o deməkdir ki, O, artıq beynəlxalq səviyyədə qəbul
olunan və etmiad göstərilən liderdi. Bir sözlə, sözügedən səfərin həm ölkəmizin
iqtisadi maraqlarına xidmət etdiyini, həm də beynəlxalq müstəvidə Azərbaycanın
lider dövlət statusunu təsdiqlədi. Ümumiyyətlə, Prezidentin Nyu-York səfəri Azərbaycanın
dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü.
Məlumdur
ki, bu gün dünyada gedən müharibələr və hərbi-siyai münaqişələr bəşəriyyəti hələ
də təhlükə altında saxlayır. Bundan çıxış yolu isə müharibələrin dayandırılması
və dinc danışıqların bərpasıdır. Bəli, məhz belə bir narahatedici
kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir. Belə ki, uzun müddət
erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan,
tarixi əraziləri, qədim dini-mədən-mənəvi abidələri dağıdılan,
ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya
sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə
dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə
çevrilmək olar- təcrübəsini dilə gətirdi: «Uzun illər ərzində mən bu kürsüdən
Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə
danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan
tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan,
sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam». Ali Baş
Komandanımızın bu fikirləri səmimi olduğu qədər də əsaslandırılmış idi.
Biz
Azərbaycan xalqı olaraq Ermənistanın 30 illik işğalı zamanı çox əzablar yaşasaq
da amma sınmadıq. Təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin 20
faizi Ermənistanın hərbi işğalı altında qalmış, bir milyona yaxın azərbaycanlı
öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmış, kütləvi qovulmağa və etnik təmizləməyə
məruz qalmışdır. Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən
BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi icra olunmamış,
nizamlanmanı asanlaşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu isə sadəcə
olaraq status-kvonu və dondurulmuş münaqişəni qoruyub saxlamışdır.
Məhz
Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən
müharibəsində torpaqlarını işğaldan azad edərək BMT Nizamnaməsinin
51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və
44 günlük Vətən Müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq
öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası
və işğalın sona çatması ilə tarixə düşdü. Lakin döyüş meydanındakı qələbə
tarixin sonu olmadı. Əksinə, ölkə başçımızın qeyd etdiyi kimi, müharibədən dərhal
sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin
qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas
prinsip irəli sürüldü, sülh müqaviləsi danışıqları prosesinə başlandı və sazişi
pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli
format irəliləyişə imkan verdi. Kulminasiya nöqtəsi 2025-ci ilin avqustunda
Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə
sülh sazişini paraflamaları və prezident Əliyev və baş nazir Paşinyan tərəfindən
qarant qismində imzalanmış ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə
birgə bəyannamə imzalanması ilə çatdı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş
və faydasız mexanizm kimi ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə
müraciəti oldu və sentyabrın 1-də Minsk Qrupu təşkilatın özü tərəfindən rəsmən
ləğv olundu. Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində
dönüş nöqtəsi olmadı, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin
başlanğıcı oldu.
Ümumiyyətlə,
Azərbaycan Prezidentinin BMT-nin 80 sessiyasındakı iştirakı çox işgüzar və məhuldar
oldu. Onun Prezilent Donald Trpampla, BMT-nin Baş katibi Antonio Quttereşlə və
digər dövlətlərin başçıları ilə görüşləri qarşılıqlı etimad şəraitində keçdi.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



