YAŞIL KEÇİD VƏ DOĞRU HƏDƏFLƏR.

Sentyabrın
25 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş
Assambleyasının 80 - ci sessiyasında çıxış edərək yaşıl keçid məsələsindən
geniş məlumat verərək :
"Ötən
il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində
mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq.
COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin
səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş
danışıqlara rəhbərlik etdik.
COP29-da
qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi
(NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər
inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə
illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər
il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin
Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir
gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz
il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz
qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət
göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.
Yaşıl
keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər
qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya
bilməz.
Enerji
təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan
bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam
edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində
özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və
qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində
strateji rol oynayırıq.
Hazırda
biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə
qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və
onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat
marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə,
son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və
münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı
gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii
qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi
çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb.
Azərbaycan,
həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə
böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40
faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək." söyləmişdir.
Zərəngiz
Abasova,
YAP
fəalı, Hacıqabul rayon Qarasu kənd tam orta məktəbin direktoru.
Digər xəbərlər



