Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layhiələri ölkəmizdən keçir.

Azərbaycanın
təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat
layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi
artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan
Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında
fəal iştirakçılardan olmuş, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qaz kəmərləri
vasitəsilə bu dəhlizin enerji komponenti təmin edilmişdir.
Regionun
əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən
Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat
marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə
malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən
xərclərə qənaət etməyə imkan verir.Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə
qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə
olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir
yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini
yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit
yüklərinin həcminin artması ilə müşahidə edilməkdədir.
Şimal-Cənub
Nəqliyyat Dəhlizinin qərb marşurutu əsasən Hindistan subkontinentindən və Fars
körfəzi regionundan yüklərin Azərbaycan ərazisindən Rusiya, Qərbi Avropa,
Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına xidmət edir. Şimal-Cənub Nəqliyyat
Dəhlizinin qərb marşurutunun digər marşrutlarla müqayisədə əsas üstünlüyü
tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.Əgər dəniz
yolu ilə daşıma Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi,
Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil
edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil
edir.Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın
tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını
artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin
artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm
addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərinin həcminin
artması ilə müşahidə edilməkdədir.Əgər dəniz yolu ilə daşıma Fars körfəzi və
Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə
45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə
bu müddət 20-25 gün təşkil edir.
Azərbaycanın
apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin
tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən
ibarətdir. Həm Orta koridor, həm də haqqında danışdığımız digər tranzit
marşrutlar arasında sinergiya yaradılması ilə gələcəkdə yükdaşımaların
diversifikasiyası təmin oluna bilər. Bu da öz növbəsində dəniz və dəmir yolu nəqliyyatı
üçün uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsi,
yük daşımaları ilə əlaqəli infrastruktur sahələrin daha da inkişafına fayda
qatacaqdır.Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə
bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcəkdir.
Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən
sonra qısa bir zamanda “Şərq-Qərb” və “Şimal-Cənub”dəhlizinə müsbət töhfəsini
verməkdə davam edir.
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



