Cəbrayıl rayonunun infrastrukturu

Cəbrayıl
rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ
silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası,
cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli
rayonları ilə həmsərhəddir.Bu şəhərin tarixi çox qədimlərə dayanır.Ərazisi
maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında
yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”,
“Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya
dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “şəhərcik qalıqlar”,
“Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi
və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı
Doğtumas kəndindəki “Başıkəsik Kümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı
“Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon
mərkəzindəki “Sultan Məcid hamamı” Azərbaycan memarlığının nadir inciləri hesab
edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı
kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı
türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.
Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri –
Ağoğlandakı Orxan yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən
dəyərli daş salnamələrdən biridir.
Cəbrayıl
rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv
edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən
yaradılmışdır. Rayon 1993-cü il avqustun 23-də Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4
qəsəbə və 92 kənddən ibarət idi. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan
362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb. Erməni işğalı nəticəsində rayonun yaşayış
məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.
2016-cı
il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə
yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun
nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla
reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
2020-ci
il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük
Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində
Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində
Cəbrayıl şəhərini və rayonun 9 kəndini–Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən,
Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad
etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində
ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın azad
olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2020-ci il noyabrın 26-da
“Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı
ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə
şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl
şəhəri günü kimi müəyyən olub.
Azad
olunmuş ərazilərdə tez bir zamanda
bərpa işləri başlamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor”
şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl
şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.
Cəbrayıl
şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi
planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi
110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18%-i yaşıl zonalardan ibarət
olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması
təklif edilən “yaşıl zolaq” mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin
keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək. Azad olunandan
sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan
Subartezian Quyularının İstismarı İdarəsi Cəbrayıl rayonunun Daşkəsən
kəndindəki subartezian quyusunda təmir işi apararaq quyunu bərpa edib. Erməni
faşistləri tərəfindən yararsız hala salınan subartezian quyusu tam işlək
vəziyyətə gətirilib. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli
hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki,
bütün işləri görülmüşdür.
27
ildən bəri doğma el-obalarımıza qayıdacaqları günü həsrətlə gözləyən,
dövlətimizə, möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən
Cəbrayıl camaatı yurd vüsalı arzulayırdı və Allaha çox şükür ki, onlar öz
arzularına catdılar.
Gülmirə Səfərova,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədr müavini
Digər xəbərlər



