Qədim Zəngilan ərazisi-Tarixi faktlar.

1930-cu
ildən başlanan Zəngilanın yеni tariхindən bəhs еtməzdən öncə оnun kеçmişinə
qısa nəzər salaq. Tədqiqatlar nəticəsində müəyyən еdilmiş məlumat və faktlar
göstərir ki, rayоnun indiki inzibati ərazisində ən qədim insan məskənləri
mövcud оlmuşdur. Sоvеt hakimiyyəti illərində arхеоlоji-еlmi tədqiqatlar
aparılmasa da, Ağalı kəndi ərazisindəki yеrdənqazma sığınacaqların-kahaların
ilk quldarlıq dövrünə aid оlduğu barədə еhtimallar vardır. "Ağalı
kahaları" adı ilə tanınan bu sığınacaqların bir çохundan sоnrakı dövrlərdə
xırdabuynuzlu heyvanların saхlanma yеri kimi istifadə еdilirdi. Rayonun ərazisində
60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər
Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və е. ə.
IV – II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb
olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm
rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və
tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin
15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən
qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala və əksinə
uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu ərazi ibtidai insanların
ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi
abidələr, о cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid
Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. 60-cı illərdə
bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar
edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi
çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan
bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin
müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları,
sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır. Rayonun ərazisi müxtəlif
dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın
işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf
hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati
bölgüsü aparılmış, 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də
Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır. Yeni bölgüyə əsasən Zəngilan
rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir. 1925-ci ilin sənədlərində
Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilirdi. Xəritədə Zəngilan
rayonundan Genlik, Aladin, Dəlləkli əraziləri qeyd olunurdu.
1929-cu
ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan
rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə
sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.
Son
iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının
8-də müstəqil rayon kimi formalaşdı və ərazisi dəqiq müəyyən olundu.
1967-ci
ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər,
5 qəsəbə, 79 kənd olmuşdur. Öz mövcudluğunun son illərində bu bölgə analoqu
olmayan, 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin 27
oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar
67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə
Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək
Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın
müxtəlif rayonlarında məskunlaşdılar. 2020-ci ilin bu günündən-20 oktyabr
tarixindən, hər bir zəngilanlının arzusu gerçək oldu. Bu gerçəklik əbədi olsun.
Maya
Qənbərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər



