Zəngilan işğaldan azad olunması ilə tam bərpa edilmişdir.

XIX
əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni
inzibati ərazi bölgüsünə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe
edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk
torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal
ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən
alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın,
Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Zəngilanın
ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə
edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca
İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə
həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən
əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını,
4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol
müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Rayonda çöküntü
suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri
yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı,
qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı
vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Təbii
ki, bu zənginliklər ermənilərin diqqət mərkəzində idi. Azərbaycan
Respublikasında baş verən hakimiyyət mübarizəsi, idarəçiliyin satqın və səriştəsiz
insanların əlində cəmləşməsi ermənilərin Qarabağda hərbi əməliyyatlara
başlamasına təkan verdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar
67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə
Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək
Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın
43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Beynəlxalq
miqyasda sülhə nail olmaq üçün atdığı addımların faydasız olduğunu görən Azərbaycan
Respublikası öz müqəddaratını özü həll etmək qərarına gəldi. 2020-ci il
sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə
yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və
30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin
Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan
Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi
uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham
Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini
elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan-İran
sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal
altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd
boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
2020-ci
il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif
olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis
edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən
olub.
Birinci
pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd
salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və
infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb,
bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə
dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri
doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Qarabağın “yaşıl enerji”
zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş
enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər
gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait
ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər,
bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
Həyata
keçirilməsi nəzərdə tutulan layihlər içərisində logistic layihələr xüsusi əhəmiyyətə
malikdir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti
var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də
yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və
avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz
avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124
kilometrdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri
üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu
bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran
cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər
blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı,
xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək.
Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur
bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan
sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın
növbəti tarixi nailiyyəti olacaqdır.
Milli-mənəvi
dəyərləri qoruyan, dinindən və millətindən asılı olmayaraq hər bir vətəndaşın
inancına hörmətlə yanaşan dövlətimiz bu mövzuya da həssaslıq göstərmişdi. Bu
istiqamətdə Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər
Əliyev Fondu tərəfindən icra olunur. Zəngilan məscidinin bərpası ilə bilavasitə
Fond məşğul olub. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan
milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail
olmadıqda isə onları dağıdıb, təhqir ediblər.Zəngilanda təkcə pilot yaşayış
layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir.
“Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir
və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə
töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib,
onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük
yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf
etmişdir.Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə
ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni
köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və
bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət
qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş
fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün
infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt,
ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Qısa müddət ərzində həyata
keçirilən bu işlər bizim iqtisadi gücümüzün və dövlət qayğısının göstəricisidir.
Belə əmin və gələcəyə hesablanmış addımların nəticəsində inanıram ki, Qarabağ nəinki
əvvəlki möhtəşəmliyinə qovuşacaq, hətta müasir dövrümüzün “yaşıl dünya”sına
çevriləcəkdir.
Bəxtiyar Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun müdiri.
Digər xəbərlər



