Yaşıl energetikaının inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur.

“Yaşıl
enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi XX əsrin 70-ci illərindən
etibarən populyarlıq qazanmağa başlayıb. “Yaşıl enerji” və yaxud “yaşıl
iqtisadiyyat” konsepsiyası isə 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs
tərəfindən irəli sürülüb. M.Ceykobs “yaşıl enerji”nin mahiyyətini, xüsusilə, ətraf
mühitin qorunmasında rolunu “Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf
və gələcəyin siyasəti” adlı kitabında ətraflı şərh edib. Onun ideyaları
2008–2013-cü illəri əhatə edən ümumdünya maliyyə-iqtisadi böhranı zamanı və
ondan sonrakı dövrdə geniş yayılıb. Beləliklə, “yaşıl iqtisadiyyat”ın
inkişafı, onun tərkib hissəsi kimi “yaşıl enerji”dən istifadə olunması ekoloji
riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi aktuallaşıb.
Müasir
dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının
getdikcə özünə mühüm yer tutmasının səbəbləri aşağıdakılardır:
- “yaşıl
enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa
kömək edir;
- “yaşıl
enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da
davamlı inkişaf üçün vacib amillərdən biridir;
- “yaşıl
enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol
oynayır;
- “yaşıl
enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini
stimullaşdırır.
Dünyada
enerji istehlakına tələbat artır ki, bu da enerji təchizatı modelinin təkmilləşdirilməsini
və dayanıqlığını tələb edir. Enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin
azaldılması və iqlim dəyişikliyinə səbəb olan faktorların qarşısının alınması
vacibdir. Dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən
elektrik enerjisi istehsalının həcmi artır və bu prosesin yaxın gələcəkdə
daha da sürətlənəcəyi proqnozlaşdırılır.
Mütəxəssislərin
proqnozlarına əsasən, 2030-cu ilə qədər bərpaolunan mənbələrdən və yaxud “yaşıl
enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65
faizini təmin edəcək. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
hesablamalarına görə, 2050-ci ilə qədər dünyada elektrik enerjisinin 90 faizi
bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Karbon qazı
emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da
iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə, külək və
günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq.
Bunun əsasən, Qafqaz, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi
bildirilir.
Beynəlxalq
Bərpa Olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə
keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi
inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün
2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi
nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə,
bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə
ciddi təsir göstərəcək.
Arzu
Zərbəliyeva,
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.
Digər xəbərlər



