Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar
Hansı sahəni təmsil etməsindən asılı olmayaraq, bir
Azərbaycan vətəndaşının qazandığı uğur, əldə etdiyi nəaliyyət bütöv xalqın
uğuru sayılır, onun sevinci hər birimizi sevindirir. Elə son günlər, ardıcıl olaraq idman sahəsində
əldə etdiyimiz nəaliyyətlər kimi.
Güləş üzrə milli komandalarımız mart və aprel
aylarında iki Avropa çempionatında ölkəmizi layiqincə təmsil ediblər. İlk
olaraq Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında,
daha sonra Macarıstanda keçirilən böyüklərin
Avropa çempionatında yüksək nəticələr qazanılıb. Millimiz 3 qızıl, 6 gümüş və 7
bürünc olmaqla ümumilikdə 16 medal qazanaraq həm sərbəst, həm də yunan-Roma güləşi
üzrə komanda hesabında Avropa çempionu olub.
Bu münasibətlə Azərbaycan millisinin üzvlərini qəbul
edən Prezident İlham Əliyev qeyd edib ki, “İdmançılarımız yarışa çıxanda
unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Cəmi 44 gün
ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm
də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi
dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik
hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq
bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”.
Əgər idmançılarımızın güc mənbəyindən biri müharibədə
ləyaqətli qələbəmizdirsə digər əsas faktorlardan biri də Cənab Prezidentimizin
idmana və idmançılara göstərdiyi diqqət və qayğı, onlarla mütəmadi görüşlər
keçirməsidir ki, nəticə etibarı ilə, bu onları gələcək yarışlara daha da həvəsləndirir.
Biz əminik ki, bu gün medalları ilə birinciliyə imza atan idmançılarımız 5-6 noyabr tarixində Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunda və 2 il sonra Parisdə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında, eləcə də digər mötəbər yarışlarda eyni güc və əzmlə yarışaraq rekordlarını yeniləyəcəklər.
Digər xəbərlər