Aİ Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür

Martın
11-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti
Antonio Koşta ilə rəsmi nahar zamanı geniş tərkibdə görüşü reallaşıb. Görüşdə
etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi
kimi 10 Avropa ölkəsinə qaz ixrac etməsi xüsusi vuğulanıb. Təbii
ki, Rusiya- Ukrayna müharibəsinin yaratdığı qlobad çətinliklərə rəğmən Azərbaycanın
Avropanı qışın şaxtalı günlərində yanacaqla təchiz etməsi həmin ölkələr
üçün həyati önəm daşıyırdı. Məhz bu səbəbdəndir ki, Avropa həmişə ölkəmizi
özünün etibarlı qaz təminatçısı kimi qəbul edir.
Liderlərin
görüşündə Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin (TRIPP layihəsi)
önəmi xüsusi vurğulanıb. Sözügedən dəhlizin davamı olan Naxçıvan dəmir
yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakı da
mümkün hesab edilib. Məlumdur ki, Aİ bu yolun tezliklə istifadəyə verilməsinə
yardım etsə Azərbaycanın loqistika və tranzit xətti daha da genişlənər ki, nətigədə
də bundan hamı dividend qazanar.
Qədim
İpək yolunun alternativ hesab edilən «Tramp marşrutu» Avropanı Orta Asiya
və qitədəki digər ölkələrin ticari münasibətlərini və qarşılıqlı əməkdaşlığını
genişləndirəcək. ABŞ Prezidenti Donald Trampbu barədə bildirib ki, həmin
yoldan istifadə edən ölkələrin təhlükəsizliyinə zəmanət veriləcəkdir.
Bəli,
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri bir daha
təsdiq edir ki, Avropa İttifaqı ölkəmizlə münasibətlərin inkişafında,
iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Həmçinin Azərbaycan
dövləti də öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa
böyük önəm verir. Məlumdur ki, hazırda ölkəmiz Cənubi Qafqaz regionunun
güc mərkəzi kimi çıxış etməklə bərabər, həm də önəmli geostrateji
üstünlüklərə sahibdir. Məhz indi də Avropa ilə qarşılıqlı əməkdaşlıq siyasi və
iqtisadi hədəflərə çatmaq üçün real vasitədir.
Təbii
ki, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində
önəmli məqamlardır. Prezident İlham Əliyevin mətbuata bəyanatında
vurğuladığı kimi, Aİ Şurası Prezidentinin Azərbaycana səfəri indiki dövrdə çox
uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində
mühüm rol oyanacaq. Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsinin hər
zaman enerji əməkdaşlığı olduğunu söyləyərək vurğulayıb: «Bu, xüsusən də
2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa
Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən
biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı
artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və
ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri
ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını
alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol
artır».
A.
Koşta çıxışında Azərbaycanın Avropa İttifaqının əsas tərəfdaşı olduğunu
bildirib: «Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq.
Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində
əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir.»
O, həmçinin Prezident İlham Əliyevə xitabən deyib ki, Avropa İttifaqı bu günün
çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə
sadiqdir.
Hər
iki lider ölkəmizin regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə
Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji
və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı
rolu vurğulayıblar. Eləcə də, Avropa İttifaqı «Qlobal Qapı» çərçivəsində
daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin
TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa
sadiqliyini bir daha təsdiqləyib. Onlar «Qlobal Qapı» təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ
iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq
üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



