Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ.

2026-03-16 Baxış: 8
img

2026-cı il martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın görüşü baş tutmuşdur. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatla çıxış etmiş, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişlər.

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfərinin iki tərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq və əməkdaşlıq daha da fəallaşmış, müxtəlif sahələrdə əlaqələr genişlənmişdir.

Prezident bildirmişdir ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan ilə Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən dövlət başçısı vurğulamışdır ki, hazırda Azərbaycanın təbii qazı Avropanın bir çox ölkələrinə ixrac olunur və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

İlham Əliyev həmçinin qeyd etmişdir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir.

Prezident çıxışında regionda baş verən proseslərə də toxunmuşdur. O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin regionda sabitliyin möhkəmlənməsinə və nəqliyyat-logistika imkanlarının genişlənməsinə töhfə verəcəyini bildirmişdir. Bu prosesin Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulamışdır.

Eyni zamanda görüş zamanı təhlükəsizlik, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Liderlər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslandığını qeyd etmişdir

Sonda Prezident İlham Əliyev Antonio Koştanın səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün yeni imkanların yaranmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

 

 

Bahadur İsmayılov,

YAP fəalı, Hacıqabul rayonu Meyniman kəndi tam orta ümumtəhsil məktəbin direktoru