Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.

2026-03-16 Baxış: 8
img

Ənənəvi enerji mənbələri zamanla azalıb tükənə bilər. Bu nöqteyi-nəzərdən bütün dünyada əsas vəzifələrdən biri təmiz enerji mənbələrindən istifadə olunmasıdır. Ölkəmizdə bu məsələyə xüsusi önəm verilmiş, həm gələcəkdə daimi enerji mənbələrinin fəaliyyəti, həm ekologiyanın çirklənməyinin qarşısını almaq məqsədilə daimi enerji mənbələrindən istifadə getdikcə artır. Azərbaycanın yerləşdiyi coğrafi mühit və iqlim şərati də buna imkan verir ki, günəş, külək enerjisi alternativ olaraq istifadə olunsun. Azərbaycanın günəşli və küləkli ölkə olduğunu nəzərə alsaq deyə bilərik ki, məhz bunun nəticəsində Azərbaycanın bir çox rayonlarında enerji hasilatını müəyyən qədər ödəyə bilər. Külək enerjisinin istifadəsi ilə əlaqədar ölkə tarixində ən əlamətdar hadisələrdən biri isə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimidir. Bu stansiyanın fəaliyyəti ilə həm ölkədə tükənən enerjinin təminatı ön plana çıxdı, eyni zamanda ixracatda önəmli rol oynaması ölkəyə maliyyə axını imkanları genişəndi.

Dünyaya nəzər salsaq son illər enerji dəyərinin durmadan artımını müşahidə edə bilərik. Belə bir zamanda Azərbaycanın enerji sektorunda yüksəlişi diqqətəlayiqdir və onu deməyə əsas verir ki, yaxın gələcəkdə bir çox ölkələrə ekoloji cəhətdən təmiz mənbələrdən alınan elektrik enerjisi ixracatı da həyata keçiriləcəkdir. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad olunan torpaqlarımızda da zəngin alternativ enerji mənbələri mövcuddur. Həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində bu imkanlardan geniş istifadə edilməkdədir. Cənab Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına ümumi potensialı 300 meqavatdan çox olan 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilmişdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın əsas enerji ehtiyyatlarını neft və qaz təşkil etsə də alternativ enerji mənbələri daim dövlətimizin nəzarətində olmuş, onların istifadəsi ilə əlaqədar bir sıra məqsədyönlü işlər görülmüşdür. Belə ki ölkə başçısı cənab İlham Əliyev 2004-cü ilin 21 oktyabrında bu məqsədlə müvafiq sərəncam imzalamışdır. Ötən müddət ərzində bu sərəncam uğurla həyata keçirilmiş, ekoloji cəhətdən daha təmiz və bərpa olunan enerji mənbələri əldə etmək üçün stansiyalar inşa edilmişdir. Qısa müddət ərzində ölkədə energetika sahəsindəki irəliləyişləri ölkəyə xarici kapitalın axını güclənmiş və ən əsası da enerji təhlükəsizliyi əldə olunmuşdur. Hər kəsə məlumdur ki, dünyanın ən qabaqcıl ölkələri enerji ehtiyyatlarının tükənməsi, ölkəni sabit enerji ilə təmin etmək kimi məsələlərdə çətinlik çəkir. Xüsusilə dünyanın hazırki geosiyasi vəziyyətində Qərb dövlətlərinin enerji təminatı ilə bağlı düşdüyü çətin vəziyyət hər birimizə məlumdur. Qürurverici haldır ki, ölkəmiz son illər tək neft, qaz deyil, elektrik enerjisi ixracatını da uğurla həyata keçirir.

 

Dövran Həsənov,

YAP Hacıqabul rayon təşkilatının ƏPT sədri, Hacıqabul Rayon Mərkəzi Kitabxanasının direktoru.